Parlament seçkilərində səs vermə binalarında siyasi təbliğat qadağandır
Parlament seçkilərində səs vermə binalarında siyasi təbliğat qadağandır

Parlament seçkilərində səs vermə binalarında seçkiqabağı siyasi təbliğat qadağandır.

“Seçki Məcəlləsi” ilə səs vermə binasından 25 metrlik məsafədə təbliğat materiallarını yerləşdirmək qadağandır.

Həmçinin, səs vermə binasında və yaxud 25 metrlik məsafədə, seçkilərə gələn şəxsə hərəkət etmək üçün fiziki maneə yaratmaq qadağan edilir.

Həmçinin, qanunla müəyyənləşdirilib ki, səs vermədən səkkiz saat öncə və səs vermə günü saat 20:00-a qədər televiziya və radyo efirlərində pullu və pulsuz, seçki subyektlərinin seçkiqabağı reklamların və proqramlarının yerləşdirilməsi qadağandır.

Həmçinin, seçki subyektləri tərəfindən avtomatik qısa telefon mesajlarının göndərilməsi və digər təbliğat vasitələri də qadağandır.