Oto Nemsadzenin müsabiqə video-klipinin təqdimatı bugün "Kavea qaleridə" keçiriləcək

Avroviziya mahnı müsabiqəsinin gürcü iştirakçısı Oto Nemsadzenin müsabiqə üçün hazırlanan video-çarxı bu gün, aprelin 8-də, “Qalerea Tbilisidə”, “Kavea” kinoteatrında keçiriləcək.

Video-klipin çəkilişləri bir neçə həftə ərzində Maltakvada, Enquri körpüsündə və Tbilisi Dənizində aparılırdı.

“Dəmir çəpərlikləri görmək asan deyil. Əminəm ki, bu videoklip hər bir gürcünün qəlbinə toxunacaq. Gürcüstandan aralanmış bir ərazilərimiz və bu çəpərliklər yoxdur əslində. Bu sərhədlər çox tez zamanda yox olacaq və biz birlikdə mahnı oxuyacağıq və bu videoklipdə Avropaya demək istədiyimiz açıq şəkildə görünür” – dedi Oto Nemsadze.

Klipin rejissoru Giorgi Ebralidze idi.

Müsabiqənin video-klipi geniş miqyaslı olacaq.

Oto Nemsadze ilə bərabər, klipdə “Şavnabada” ansamblının üzvləri və xüsusi ilə klip üçün seçilən 50-dən artıq personaj iştirak edirdilər.

“Hər zamanı irəliyə doğru addım at” adlı mahnı bazar ertəsindən Avroviziya müsabiqəsinin rəsmi Youtube kanalında olacaq.