Orbeliani Sarayı ziyarətçilər üçün açıldı (foto)
Orbeliani Sarayı ziyarətçilər üçün açıldı (foto)

Orbeliani Sarayı bu gündən ictimaiyyətin müxtəlif qrupları nümayəndələrinə ev sahibliyi edəcək.

Açılmış Orbeliani Sarayının ilk ziyarətçiləri Tbilisi Klassik Qimnaziyasının şağirdləri idilər.

Gürcüstan prezidenti administrasiyasının məlumatına görə, elə bu gün Orbeliani Sarayını Tələbə Parlamenti və Avropa Gənclər Parlamenti nümayəndələri ziyarət edcəklər.

Prezident administrasiyasının məlumatına görə, Orbeliani Srayında bu həftə ərzində diplomatik kospusun nümayəndələrinin, Gürcüstanın xaricdə olan səfirlərinin, uğurlu qadınların, 2019-cu il qalib idmançılarının, Gürcüstan Müdafiə Qüvvələrinin veteran və hərbi xidmətilərinin, Kutaisi və Sğaltubo Musiqi Məktəbinin şagirdlərinin qəbulu planlaşdırılır.