Ölkəyə qayıdan Gürcüstan vətəndaşları üçün icbari karantin müddəti azalır
Ölkəyə qayıdan Gürcüstan vətəndaşları üçün icbari karantin müddəti azalır

İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnavanın bəyanatına görə, ölkəyə daxil olmaqla bağlı requlyasiyalar necə Gürcüstan vətəndaşları, eləcə də xaricilər üçün yüngülləşdiriləcək.

Nazirin açıqlamasına görə, Gürcüstan vətəndaşları ölkəyə daxil olarkən PCR testin mənfi cavabını təqdim edəcəklər və səkkiz günlük öztəcriddən sonra, üçüncü gün öz xərcləri ilə təkrar testdən keçəcəklər.

Turnavanın dediyinə görə, PCR testin cavabını təqdim etməyən Gürcüstan vətəndaşları 12 gün yerinə, səkkiz günlük öztəcriddə olacaqlar.

“Məlum olduğu kimi, fevralın birindən requlyar avia-reyslər bərpa olunacaq və baş nazirin tapşırığı ilə Gürcüstan vətəndaşlarının və xarici vətəndaşların Gürcüstana daxil olma rejimini yenidən müzakirə etdik. Bütün epidemioloji qaydaları qoruyaraq, mərhələ şəklində turizm potensialını bərpa edəcəyik” – dedi nazir.