Gürcüstanda mövcud olan epidemioloji vəziyyətdən irəli gələrək, baş nazirin rəhbərliyi ilə keçirilən idarələrarası koordinasiya şurası ölkədə qüvvədə olan məhdudiyyətlərin genişlədirilməsi ilə bağlı qərar verdi.
Koordinasiya şurasının qərarı ilə,
- Noyabrın 28-dən – yanvarın 31-nə qədər:
Ölkə miqyasında saat 21:00-dan 05:00-ə qədər insanlar hərəkət etməsi, həm piyada, həm də avtomobil ilə qadağan edilir.
31 dekabr və yanvarın 6-sı istisna olunur.
Restoranlar və qida obyektləri tamamən daşıma servisinə keçirlər.
Fitnes-mərkəzlərin və üzmə havuzlarının fəaliyyəti dayandırılır.
Hər-hansı növ konfransları və təbirlərin keçirilməsi qadağan edilir.
Açıq və qapalı bazarlar işləmirlər. Aqrar bazarlar fəaliyyətə davam edirlər.
Xizək kurortlarında mehmanxanalar sadəcə covid-infeksiyalıların yerləşdirilməsi üçün fəaliyyət göstərəcəklər.
Həmçinin, xizək trassaları və xizək kurortlarında kanat yollarının funksiyası dayandırılır.
- Dekabrın 24-də yanvarın 2-nə qədər
Ticarət mərkəzləri, açıq və qapalı bazarlar işləyəcəklər.
Munisipal və şəhərlərarası nəqliyyat vasitələri bərpa olunacaq.
3 yanvar – 15 yanvar
Ölkə miqyasında:
- Tətil günləri elan olunur;
- Noyabrın 28-dən dekabrın 24-nə qədər qüvvədə olan bütün məhdudiyyətlər yenidən qüvvəyə minəcək.
- Banklardan və strateji əhəmiyyətli obyetlərdən başqa, heç bir müəssisə işləməyəcək
- 16 yanvar – 31 yanvar
Ölkə miqyasında:
- Munisipal və şəhərlərarası nəqliyyat vasitələrinin fəaliyyəti bərpa olunacaq.
- Ticarət obyektlərinin, açıq və qapalı bazarların fəaliyyəti (şənbə-bazardan başqa).
- Şənbə-bazar günləri nəqliyyat vasitələri də fəaliyyətlərini dayandıracaqlar