Noyabrın 17-də Gürcüstanda "Kitab Muzeyi" açılacaq
Noyabrın 17-də Gürcüstanda "Kitab Muzeyi" açılacaq

Noyabrın 17-də Gürcüstanda “Kitab Muzeyi” açılacaq. Muzey Milli Kitabxananın birinci korpusunda yerləşəcək.

Muzeydə necə daimi ekspozisiyalar, eləcədə, şəxsi kolleksiyalarda saxlanılan unikal kitabların tematik sərgiləri keçiriləcək.

Milli Kitabxananın direktorunun dediyinə görə, “Kitab Muzeyi” əsrin layihəsidir, hansında ki, uzun illər ərzində Milli kitabxananın xəzinəsi olan fondunda saxlanan və indiyə qədər əlçatmaz olan, unikal kitablar göstəriləcək.

“Milli kitabxana regionda ən zəngin və nadir kitab fonduna sahibdir və o kitablar yeni açılan muzeydə sərgilənəcək. Milli kitabxananın fondunda gürcü kitab tarixini yaradan dəyərli eksponatlar var.

Muzeydə, 1629-cu ildə, Romada ilk çap olunan gürcü-italyan lüğətini, Moskvada kral Arçil tərəfindən çap etdirilən “Davitiani” kitabını, Vaxtanq VI-nın stamba nəşriyyatlarını və 1712-ci ildə çap olunan “Pələng dərili pəhləvan” və sairə unikal ekponatlar görəcəksiniz“,- dedi Giorgi Kekelidze.