Nino Burcanadze - Gürcü-rus münasibətlərinin tənzimlənməsinə mane olan faktor iqtidarın bacarıqsızlığıdır
Nino Burcanadze - Gürcü-rus münasibətlərinin tənzimlənməsinə mane olan faktor iqtidarın bacarıqsızlığıdır

Gürcü-rus münasibətlərinin tənzimlənməsinə mane olan faktor iqtidarın bacarıqsızlığıdır, – bu bəyanatı “Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze Zurab Abaşidze və Qriqori Karasin arasında onlayn görüşü şərhləndirərkən verdi.

Onun dediyinə görə, “Gürcü Arzusu” iqtidarı Rusiya ilə münasibət baxımından müsbətə doğru heç birşeyi dəyişə bilməyəcək.

“Bu iqtidar belə qabiliyyətsiz, bacarıqsız olmasa, nifrət dilindən də istifadə edilməzdi. Rusiya-Gürcüstan arasındaki gərgin vəziyyətlə bağlı cavabı bacarıqsız iqtidardan tələb etməliyik. Bu iqtidar olduğu sürədə, mən gürcü-rus münasibətlərində bir düzəliş və yaxud müsbət dəyişiklik gözləmirəm” – dedi Nino Burcanadze.

Onun dediyinə görə, Gürcüstan iqtidarı Gürcüstanın maraqlarını qoruya bilmir.

Xatırladaq ki, Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi, Zurab Abaşidzenin bugün verdiyi bəyanatına görə, Rusiyanın federal toplantı şurasının üzvü Qriqori Karasin onunla keçirdiyi onlayn görüşdə bəyan etdi ki, Gürcüstanda ilk öncə, rusofob çıxışları dayandırılmalıdır.