Nikoloz Samxaradze - Gürcüstan parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Baş Assambleyasında iştirakını başa çatdırdı
Nikoloz Samxaradze - Gürcüstan parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Baş Assambleyasında iştirakını başa çatdırdı

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Nikoloz Samxaradze “tvitterdə” yazır ki, Gürcüstan parlament nümayəndə heyəti Madriddə, Parlamentlərarası İttifaqın Baş Assambleyasında iştirakını başa çatdırdı.

“Gürcüstan parlament nümayəndə heyəti İspaniya, Uruqvay, Burundi, Malta, Namibiya, Nepal, Tanzaniya, Bəhreyn, Sierra Leone və Cənubi Afrika Respublikasının nümayəndə heyətləri ilə ikitərəfli əlaqələrin dərinləşdirilməsi, eləcə də partnyorların məlumatlandırılması baxımından işğal olunmuş bölgələrdə mövcud durum barəsində və onların dəstəyi barəsində beynəlxalq forumlarda görüşlər keçirib”, – Nikoloz Samxaradze yazır.