NATO dəniz qüvvələrinin başçısı - Gürcüstanı önəmli partnyor olaraq, müzakirə edirik
NATO dəniz qüvvələrinin başçısı - Gürcüstanı önəmli partnyor olaraq, müzakirə edirik

Şimali Atlantika Alyansı Qara dəniz ölkələrinin yaxından öyrənilməsini ancaq yaxın keçmişdə başladı. Bu regionda Gürcüstan ən önəmli partnyor olaraq, müzakirə edilir, – bu bəyanatı NATO dəniz əməliyyatlarının başçısı Kliv Conston, Vaşinqtonda “Atlantika şurasında”, dəniz qüvvələrinin əhəmiyyəti və rolu haqqında müzakirə zamanı verdi.

Bu barədə məlumatı “Amerikanın səsi” yayır.

“Qara dəniz regionunda nümayəndəliyimizi artırdıq və hazırda regionla yaxından tanış oluruq. Gürcüstanı regionun ən önəmli bir partnyoru olaraq müzakirə edirik. İki ay bundan öncə, mənim müavinim türk gəmisi və Britaniya qrupu ilə bərabər Gürcüstanda təhlükəsizlik təlimləri keçirdi.

Dərk edirik ki, Gürcüstanın dəniz təhlükəsizliyi baxımından böyük resursu yoxdur və bu məsələ üzərində işləməyə ABŞ-dan hədiyyə olaraq, bir neçə gəmi aldıqdan sonra başladılar” – dedi NATO-nun yüksək rütbəlisi.