Natiya Turnavanın bəyan etdiyinə görə, gözəllik salonları elektron növbə və sosial distansiya ilə işləyəcəklər
Natiya Turnavanın bəyan etdiyinə görə, gözəllik salonları elektron növbə və sosial distansiya ilə işləyəcəklər

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnavanın bəyan etdiyinə görə, hökumət hər şeyi edir ki, epidemiologiya durumuna müşahidə ilə, imkan təqdirində, iqtisadiyyatın bu və başqa sektoru daha sürətlə açılsın.

Onun dediyinə görə, kiçik biznesin böyük seqmenti olan gözəllik salonları dövlətin prioritetidir.

Bununla yanaşı elə onun qeyd etdiyinə görə, gözəllik salonları işə başladıqdan sonra məhdudiyyətlərə məsuliyyətlə yanaşmalıdırlar.

“Siz görürsünüz, hökumət hər şeyi edir ki, epidemiologiya durumunu müşahidə edərək, imkan təqdirində, iqtisadiyyatın bu və başqa sektoru daha sürətlə açılsın.

Kiçik biznesin böyük seqmenti olan gözəllik salonları dövlətin prioritetidir və bizim üçün önəmlidir.

Bu gün biz görürük, epidemiologiya durumu bizə imkan verir ki, standartların müdafiəsi ilə ayın 18-dən gözəllik salonlarının açılması baş versin. Gözəllik salonları elektron növbə və sosial distansiya ilə işləyəcəklər”, – Natiya Turnava bəyan etdi.

Xatırladaq ki, 18 maydan gözəllik salonları və estetik salonları açılacaq.