Natia Turnava Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdü
Natia Turnava Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdü

İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdü.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüşdə Natia Turnava Azərbaycan liderinə dostca qəbul, Gürcüstana dəstək və ərazi bütövlüyünə hörmət etdiyi üçün təşəkkür etdi.

Görüş zamanı bir daha qeyd olundu ki, Azərbaycan Gürcüstanın strateji partnyoru və etibar edəcəyi bir qonşusudur və Gürcüstan bu dostluğun daha da möhkəmləşməsinə böyük əhəmiyyət verir.

“Görüş zamanı tərəflər regionda qlobal əhəmiyyət daşıyan nəqliyyat və energetika layihələrinin inkişafı üçün çox vacib olan sülhün qorunması haqqında söhbət etdilər. Gürcüstan və Azərbaycan arasında nəqliyyat dəhlizinin effektivliyi və rəqabətliliyin artırılmasının əhəmiyyəti və iki ölkənin nəqliyyat potensiyalın beynəlxalq səviyyədə davam etdirilməsi haqqında da söhbət edildi” – deyilir nazirliyin bəyanatında.

Görüş zamanı Gürcüstan və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın yüksək keyfiyyəti haqqında da söhbət aparıldı. Azərbaycan Gürcüstanın əsas ticari partnyorları arasında üçüncü yerdədir. Həmçinin, 2018-ci ilin göstəricilərinə görə, böyük investor ölkələri arasında 19 faizlik hissəsi ilə, birinci yerdədir.

Natia Turnava oktyabrın 22-23-də Tbilisidə keçirilən İpək Yolu forumuna diqqət yetirdi və ümid bildirdi ki, Azərbaycan qeyd olunan tədbirdə yüksək səviyyədə iştirak edəcək.