Natia Turnava - Anaklia layihəsinin artıq təxirə salınması perspektivini görmürəm
Natia Turnava - Anaklia layihəsinin artıq təxirə salınması perspektivini görmürəm

Bundan sonra, iqtidar “Anaklia inkişaf konsorsiumunun” öhdəliyinin yerinə yetirilməsi müddətini uzatmayacaq.

“Son müddətin başa çatmasına qədər bir neçə gün qaldı. Bu məsələ ilə bağlı çox da böyük gözləntilərim yoxdur. Layihə onsuz da xeyli uzadıldı və artıq təxirə salınmayacaq. Biz investorlardan 2020-ci ildə hazır limanı təhvil almalıydıq. İqtisadiyyatımız liman infrastrukturumuzun olmamasına görə, onsuzda xeyli zərər gördü” – dedi İqdisadiyyat naziri.

Qeyd edək ki, dekabrın 16-da “Anaklia İnkişafı Konsorsiumunun” banklardan aldığı kredit müqavilələrini təqdim etmə müddəti başa çatdı.

Dekabrın 16-da konsorsium bəyanat yaydı, hansında ümid bildirir ki, yeni investor tapılacaq və layihəyə dövlət tərəfindən dəstək veriləcək.