Müxalifət Parlament qarşısında planlaşdırılmış etiraz aksiyasını təxirə saldı
Müxalifət Parlament qarşısında planlaşdırılmış etiraz aksiyasını təxirə saldı

Müxalifət Parlament qarşısında planlaşdırılmış etiraz aksiyasını təxirə saldı, – bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü, Qiqi Uqulava Parlament qarşısında jurnalistlərə bəyan etdi.

Qiqi Uqulavanın bəyan etdiyinə görə, müxalifətin planlarının dəyişməsinə səbəb, dünən Bağdadidə baş verən faciədir. Bununla yanaşı Qiqi Uqulava Parlamenti, bu günki sessiyanın təxirə salınmasına çağırdı.

Gürcüstan Parlamenti yaz sessiyasını rəsmi olaraq bu gün plenar iclası ilə açacaq. Müxalifət bununla bağlı Parlament qarşısında etiraz aksiyasını planlaşdırırdı.

Bağdadidə, yaşayış evində dünən yanğın əmələ gəldi. Nəticədə altı insan, o cümlədən dörd uşaq həlak oldu.