Msxeta-Stepansminda-Larsi yolunda hərəkət açıqdır
Msxeta-Stepansminda-Larsi yolunda hərəkət açıqdır

Msxeta-Stepansminda-Larsi yolunda hərəkət açıqdır, – bu barədə məlumatı Gürcüstan Avtomobil Yolları Departamenti yayır.

“Beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi avtomobil yolunda intensiv yağışlara görə, gecə qeyd olunan yolun 105-ci və bu gün km87-km88 hissəsində avtonəqliyyatın hərəkəti bir neçə saatlğına məhdudlaşdırıldı.

Hadisə yerinə dünən gecədən müvafiq texnika səfərbər olunmuşdu. Həyata keçirilmiş işlər nəticəsində hazırda Msxeta-Stepansminda-Larsi yolunda bütün növ avtonəqliyyat vasitəsinin hərəkəti azaddır”, – Gürcüstan Avtomobil Yolları Departamentinin məlumatında deyilir.