Mirza Subeliani - mənim üçün həbs ikinci dərəcəlidir, əgər mənim həyatımın əvəz edilməsi ilə, uşaqların xilas edilməsi mümkün idisə, buna hazır idim
Mirza Subeliani - mənim üçün həbs ikinci dərəcəlidir, əgər mənim həyatımın əvəz edilməsi ilə, uşaqların xilas edilməsi mümkün idisə, buna hazır idim

Vəkillərin mövqeyi ilə razılaşıram, lakin bir şey dəmək istəyirəm, baş verənlərlə bağlı mənim üçün həbs ikinci dərəcəlidir, – Xorava küçəsində baş verən qətl işi üzrə yaxalanan Mirza Subeliani məhkəmə prossesində bəyan etdi.

“Baş verənlər mənim həyatımda ən böyük səhv idi. Əgər mənim həyatımın əvəz edilməsi ilə, uşaqların xilas edilməsi mümkün idisə, buna hazır idim. O mühit ki, həyatda heçkim sığortalanmayıb, mən də eşitmişəm. Valideynlərin kədərləri, faciələri ilə paylaşıram. Bununla bir çox ailə dağıldı.

Vəkillərin mövqeyi ilə razılaşıram, lakin bir şey dəmək istəyirəm, baş verənlərlə bağlı mənim üçün həbs ikinci dərəcəlidir”, – Subeliani bəyan etdi.

Mirza Subelianiyə ittiham GCM-nin 376-cı maddəsi ilə irəli sürüldü.

Xorava küçəsində baş verən qətl işi üzrə müttəhimlərə 10 il 6 ay və 9 il 9 ay həbs cəzası verildi.

Məhkəmə hökmü mayın 31-da iclasda müəyyənləşdirdi.

Tbilisidə, Xorava küçəsində iki yeniyetmıni 2017-ci ilin dekabrın 1-də yaraladılar. Onlardan biri xəstəxanaya çatdırılana qədər həlak oldu. İkincisi isə, bir neçə əməliyyata baxmayaraq, dekabrın 2-də xəstəxanada həlak oldu.

Şərh yaz