Mixeil Saakaşvili - ABBA-nın mahnısında olduğu kimi, qəlib olan hərşeyi alacaq
Mixeil Saakaşvili - ABBA-nın mahnısında olduğu kimi, qəlib olan hərşeyi alacaq

“Bizim “Milli Hərəkat”-mızın siyahısı ilə gürcü siyasətində bir çox yeni və maraqlı simalar daxil olacaqlar” – bu barədə bəyanatı Ukraynanın İslahatların İcraçı Komitəsinin sədri və Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “TV Pirveli” kanalının efirində verdi.

Mixeil Saakaşvilinin dediyinə görə, “Milli Hərəkatın” siyahısı ilə gürcü siyasətinə yeni maraqlı simalar daxil olacaq.

“Bu geniş ictimai koalisiya olacaq. Mövcud olan partiyalardan xalq bezib. Eyni dairədə dönüb, eyni insanlara baxmaqdan bezdilər. Siyasətçilər xalq haqqında deyil, özləri haqqında danışırlar. Xalq inşaat etməyi bacaran, hörmət edilən simaları görmək istəyir.

Önümüzdəki mübarizədə, ABBA-nın mahnısında olduğu kimi, the winner takes it all – ən irəli gedən, ən hünərli, – qalib olan hərşeyi alacaq” – dedi Mixeil Saakaşvili.