Mixeil Batiaşvili - Lado Apxazava qalibdir, hamımız qalibik, müəllimlərin hamısı, bütün Gürcüstan qalibdir
Mixeil Batiaşvili - Lado Apxazava qalibdir, hamımız qalibik, müəllimlərin hamısı, bütün Gürcüstan qalibdir

Lado Apxazava qalibdir, hamımız qalibik, müəllimlərin hamısı, bütün Gürcüstan qalibdir, – bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili Dubayda müllimlərin qlobal mükafatının qalibinin aşkar edilməsindən sonra bəyan etdi.

“Ölkəmizin Lado Apxazavası var və məhz ona görə böyük qürur hisslərim var.

Sözsüz ki, o, qalibdir, hamımız qalibik, müəllimlərin hamısı, bütün Gürcüstan qalibdir. Bu gün Lado dünyanın 179-ölkəsindən daxil olan 10 000 aplikantdan seçilmiş 10 ən yaxşı müəllim ilə birlikdə səhnədə dururdu. Burada o, bir daha dünyaya Gürcüstanı tanış etdi! Ona buna görə təşəkkür edirəm”, – Batiaşvili bəyan etdi.

Dubayda, “Qlobal tiçer 2019”-un qalibi aşkar edildi. Qalib Keniyadan olan pedaqoq, Piter Tabiç oldu.

On finalist arasına, Lançxuti Munisipalitetinin Çibati kəndinin orta mktəbinin müəllimi, Lado Apxazava düşmüşdü.

Gürcüstanın Təhsil naziri Mixeil Batiaşvili final mükafatlandırma mərasimində iştirak etmək üçün Dubaya getdi.