Medlin Mun - Data Vanişviliyə cəsurluğu və buradaki qeyri-insani vəziyyət haqqında gəlib, bizə məlumat verdiyi üçün təşəkkür edirik
Medlin Mun - Data Vanişviliyə cəsurluğu və buradaki qeyri-insani vəziyyət haqqında gəlib, bizə məlumat verdiyi üçün təşəkkür edirik

NATO Parlament Assambleyasının Prezidenti Medlin Mun bugün işğal xəttinin yanında yerləşən Xurvaleti kəndinə getdi.

Gürcüstanın iqtidar nümayəndələri Medlin Muna işğal xəttində baş verən hadisələri detallı şəkildə anlatdılar və oradaki vəziyyəti göstərdilər.

Söhbət Ququtiantkari və Çorçana kəndlərində baş verən hadisələrə də toxundu.

NATO Parlament Assambleyasının prezidenti işğal xəttinin digər tərəfindən qalan Data Vanişvili ilə söhbət etdi.

“Data Vanişviliyə cəsurluğu və buradaki qeyri-insani vəziyyət haqqında gəlib, bizə məlumat verdiyi üçün təşəkkür edirik. Mən sizə söz verirəm ki, London görüşünə qədər, sadəcə hesabat yazmaqla qalmayacam və əlimdən gələni edəcəm ki, burada baş verən vəziyyət dünya ictimaiyyəti üçün daha aydın olsun. Bütün bu şəraitlər, qəddarlıqlar iqtidarlara deyil, dinc vətəndaşlara böyük problemlər yaradırlar”, – dedi NATO Parlament Assambleyasının prezidenti.