Martın 1-dən "Peqasus Airlines" İstanbul-Batumi istiqamətinə uçuşlar həyata keçirəcək
Martın 1-dən "Peqasus Airlines" İstanbul-Batumi istiqamətinə uçuşlar həyata keçirəcək

2020-ci ilin martın 1-dən  “Peqasus Airlines” İstanbul-Batumi istiqamətinə uçuşlar həyata keçirəcək.

Vətəndaş aviasiyası agentliyinin veb-səhifəsində yayılan məlumata görə, avia-uçuşlar həftədə dörd dəfə həyata keçiriləcək.

Avia-şirkət biletlərin satışına artıq başladı. Biletin qiyməti 55 avrodan başlayır.

Bu mərhələdə “Peqasus” avia-uçuşları sadəcə İstanbul-Tbilisi istiqamətinə həyata keçirir.

İstanbul-Batumi istiqamətinə isə, bu gün aviareysləri sadəcə “Turkish Airlines” həyata keçirir.