Marneulidə baş verən odlu silahla yaralama faktı ilə bağlı Tbilisidə bir nəfər həbs edildi
Marneulidə baş verən odlu silahla yaralama faktı ilə bağlı Tbilisidə bir nəfər həbs edildi

Daxili İşlər Nazirliyinin Kvemo-Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları 1984-cü il təvəllüdlü R.A.-yı, odlu silahla, insan sağlığına qəsdlə ölümcül olmayan xəsarət yetirmək itihamı ilə Tbilisidə həbs etdilər.

Nazirliyin məlumatına görə, qeyd olunan cinayət 4-dən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.

“İstintaq nəticəsində məlum oldu ki, həbs edilən şəxs Marneulidə, Şota Rustaveli küçəsində yerləşən çayxanalardan birinin ərazisində, keçmişdə yaşadığı münaqişə səbəbi ilə, odlu silahla iki nəfəri: 1997-ci il təvəllüdlü İ.O-yu, və 2000-ci il təvəllüdlü K.N-yı odlu silahla yaraladı və hadisə yerindən qaçdı.

Hüquqmühafizəçilər cinayətdə şübhəli olan şəxsi bir neçə saat içində həbs etdilər” – deyilir Daxili İşlər Nazirliyinin məlumatında.

İdarənin məlumatına görə, həbs edilən şəxsə qarşı cinayət işi həm qəsdlə xəsarət yetrimək, həm də odlu silahın qeyri-qanuni olaraq saxlanması və istifadəsi ilə bağlı, Gürcüstan cinayət məcəlləsinin 118-ci maddəsinin birinci hissəsi və 236-cı maddəsinin üçüncü və dördüncü hissələri ilə qaldırılıb.