Mariya Peynçinoviç Buriç - hər şey yaxşı gedir, Gürcüstan Avropa Şurası sədrliyini nəzərdə tutan ilk önəmli öhdəliyin yerinə yetirilməsinə hazırlaşır
Mariya Peynçinoviç Buriç - hər şey yaxşı gedir, Gürcüstan Avropa Şurası sədrliyini nəzərdə tutan ilk önəmli öhdəliyin yerinə yetirilməsinə hazırlaşır

Düşünürəm hər şey yaxşı gedir, Gürcüstan Avropa Şurası sədrliyini nəzərdə tutan ilk önəmli öhdəliyin yerinə yetirilməsinə hazırlaşır, – bu barədə Avropa Şurasının baş katibi, Mariya Peynçinoviç Buriç Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani ilə görüşdən sonra keçirilən birgə brifinqdə bəyan etdi.

Avropa Şurasının baş katibinin qeyd etdiyinə görə, Gürcüstana onun ilk səfəri iki önəmli tarixə təsadüf edir. Birincisi Avropa Şurasının təsis olunmasının 70 illiyi yubileyi və ikincisi – Gürcüstan bu il təşkilatda olmasının 20-ci ildönümünü qeyd edir.

Onun dediyinə görə, Avropa Şurası Gürcüstanın bütün önəmli məsələlərini, o cümlədən işğal olunmuş ərazilərdə vəziyyətini müzakirə edir.

Noyabrın 27-dən Gürcüstan altı ay müddəti ilə Avropa Şurasının sədr ölkəsi olacaq.