Mamuka Mdinaradze - "Gürcü Arzusunun" gənlər təşkilatını və onun rəhbərliyini heç cür fiziki qarşıdurmaya girməsinlər
Mamuka Mdinaradze - "Gürcü Arzusunun" gənlər təşkilatını və onun rəhbərliyini heç cür fiziki qarşıdurmaya girməsinlər

“Gürcü Arzusunun” gənlər təşkilatına və onun rəhbərliyinə müraciət edirəm, daha artıq, tapşırıq kimi qəbul etsinlər, nə olsa da, heç bir fiziki qarşıdurmaya girməsinlər, – bu barədə jurnalistlərə Parlament çoxluğunun lideri, Mamuka Mdinaradze etiraz aksiyaları və baş verən qarşıdurmalara əks səda verərkən bəyan etdi.

“Orada polisə heç kim söyüş söyməyib. Ümumiyyətlə söyüş və zoraklıq pisdir. Onu da istisna etmirəm ki, ikinci tərəfdə olan gənclər nə etdiklərinə səmimi olaraq inanırlar, onların liderlərindən fərqli olaraq. “Milli Hərəkat” və onların satelit partiyalarına fiziki qarşıdurma sərf edir. Biz onlara imkan verməməliyik ki, qarşıdurma fonunu yaratsınlar. “Gürcü Arzusunun” gənlər təşkilatına və onun rəhbərliyinə müraciət edirəm, daha artıq, tapşırıq kimi qəbul etsinlər, nə olsa da, heç bir fiziki qarşıdurmaya girməsinlər”, – Mdinaradze bəyan etdi.

 

Şərh yaz