Mamuka Xazaradze - Nika Melia ilə gedib danışacam ki, Avropa İttifaqının girovunu qəbul etsin, çünki, Aİ və onun fondları cinayətkarlar üçün girov ödəmirlər
Mamuka Xazaradze - Nika Melia ilə gedib danışacam ki, Avropa İttifaqının girovunu qəbul etsin, çünki, Aİ və onun fondları cinayətkarlar üçün girov ödəmirlər

Bu gunlərdə Nika Melia ilə gedib danışacam ki, Avropa İttifaqının girovunu qəbul etsin, çünki, Aİ və onun fondları cinayətkarlar üçün girov ödəmirlər, – bu barədə bəyanatı “Lelo” Gürcüstan partiyasının lideri Mamuka Xazaradze verdi.

“Onunla iki məsələ ilə bağlı söhbət edəcəm. Məncə Nika Melia bu şansdan istifadə etməlidir və Avropa İttifaqı fondunun girovunu qəbul etməlidir. Onlar cinayətkarlar üçün girov ödəmirlər. Onların vasitəsi ilə azad edilmək “Gürcü Arzusuna” da “şillə” kimi dəyəcək.

Danışacağım ikinci məsələ isə, parlamentdə istintaq komisiyasının yaradılmasıdır”, – dedi Mamuka Xazaradze.