Mamuka Xazaradze - Gürcüstan keyfiyyət ölkəsi olmalıdır
Mamuka Xazaradze - Gürcüstan keyfiyyət ölkəsi olmalıdır

“Lelo” hərəkatının sədri Mamuka Xazaradze “Marşal planını” genişləndirir və necə paytaxtın, eləcə də Gürcüstanın bütün regionlarının iqdisadi inkişaf şərtlərini müzakirə edir.

Xazaradzenin bəyanatı haqqında məlumatı “Lelonun” mətbuat xidməti yayır.

“İqtisadi inkişafla bağlı indiyə qədər dinlədiyim bütün seçki proqramları sadəcə təbliğat idi. Verdiyi vədləri kimsə yerinə yetirmədi. Mənim məqsədim isə, dörd il içində paytaxtda və regionlarda iş yerlərini yaratmaqdır. Əhali işsiz qalmamalıdır və iqtisadi cəhəddən güclü olmalıdır.

Gürcüstan keyfiyyət ölkəsi olmalıdır. Keyfiyyətsiz məhsul nə buraya gətirilməməlidir, nə də burada istehsal edilməməlidir. Made in Georgia bir brend olmalıdır.

Mədəniyyətimizi inkişaf etdirməliyik, amma onu itirməməliyik. Mədəniyyətin inkişafı dərkən, Kaxetidə şərab, Anakliada dərin su limanı, Kutaisidə isə, locistik və maliyyə habı nəzərdə tutulur” – dedi Mamuka Xazaradze.