Mamuka Baxtadze təşəbbüs ilə çıxır ki, ödəyənlərin, 2013-cü ilin bir yanvar tarixinə kimi  bütün vergi borcları silinəcək
Mamuka Baxtadze təşəbbüs ilə çıxır ki, ödəyənlərin, 2013-cü ilin bir yanvar tarixinə kimi bütün vergi borcları silinəcək

Gürcüstanın baş nazirliyə namizədi Mamuka Baxtadze təşəbbüs ilə çıxır ki, ödəyənlərin, 2013-cü ilin bir yanvar tarixinə kimi bütün vergi borcları silinəcək.

Onun dediyinə əsasən, təşəbbüs 36 min ödəyənə aiddir.

“İstəyirəm ki, çox önəmli təşəbbüs haqqında danışım. İqtisadiyyatdakı ədalətsiz qaydalar haqda danışdıqda, bunun ən yaxşı misalı 2011-2012-ci illərdir. Bizim sahibkarlar və gürcü şirkətlərinin bir hissəsinə qeyri-düzgün vergi borcları yazdılar. İdeyanı nəzərə alaraq, iqtisadiyyatda hər bir aktivin iştirak etməyini istəyirik. Bizim ilk təşəbbüsümüz 2013-cü ilin bir yanvar tarixindən etibarən mövcud borcları silməyə aiddir. Təşəbbüs 36 min ödəyənə aiddir.Onların arxasında gürcü ailəsi, enerji və imkan var ki, ölkənin iqtisadi həyatında tam iştirak etməyə davam etsinlər”, – Mamuka Baxtadze bildirdi.