Maia Miminoşvili - Pulsuz fakultələrə 4051 tələbə qəbul edildi
Maia Miminoşvili - Pulsuz fakultələrə 4051 tələbə qəbul edildi

“Bu ilki nəticə ilə razıyam. Biz bugün necə qrant, eləcədə bütün imtahanların nəticələrini yaydıq.

Əvvəlki illərlə müqayisədə, tələbələrin sayı biraz artıb və bu yaxşıdır” – bu barədə bəyanatı Milli İmtahan Mərkəzinin rəhbəri Maia Miminoşvili verdi.

Maia Miminoşvilinin qeyd etdiyinə görə, 2017-ci ilin Milli İmtahanlarında tələbələrin sayını gürcü dilinin hazırlıq proqramı artırdı.

“Bunlar əsasən, bizim milli azlıqlarımızdır, hansılar ki 4+1 proqramında iştirak edirdilər. Statistikaya baxsaq, əgər 2013-cü ildə, gürcü dilinin hazırlıq proqramında tələbələrin sayı 887-di isə, bu il artıq 1047 tələbəmiz var” – dedi Milli İmtahan Mərkəzinin rəhbəri.

Miminoşvilinin dediyinə görə, pulsuz fakultələrə 2013-cü ildə 2450 tələbə qəbul edilmişdi, 2017-ci ildə isə, bu say iki dəfə artdı və 4051 tələbə qəbul edildi. Onlar hökümət maliyyıləşdirilməsi ilə təhsil alacaqlar.

Miminoşvili həmçinin qyed etdi ki, 363 abiturient standart baryeri keçdi, ancaq ali məktəblərə qəbul edilmədi.

“Ancaq, əgər keçən il belə abiturientlərin sayı 500 idisə, bu il 300 oldu və buna sevinirik”, – dedi Miminoşvili.