"Lonely Planet" səyahətçilərə "Tbilisoba" bayramına getməyi tövsiyyə edir [Foto]
"Lonely Planet" səyahətçilərə "Tbilisoba" bayramına getməyi tövsiyyə edir [Foto]

“Arrival Quides”-in 2019-cu ilin payızında keçirilən ən yaxşı kulinariya festivalları siyahısının ilk sıralarına “Tbilisoba” festivalı da düşdü.

Dünyanın ən böyük səyahət nəşriyyatı olan “Lonly Planet”-ə aid olan bloq, payız depressiyasından xilas olmaq üçün səyahətçilərə “Tbilisoba” bayramına getməyi tövsiyyə edir.

Məqalədə deyilir ki, artıq dünyada elə bir nüfuzlu səhayət bələdçisi, yoxdur, hansında ən maraqlı turizm istiqamətlərindən biri olaraq, Gürcüstanın paytaxtı Tbilisi göstərilməsin.

“Bu marağın səbəbini bilmək üçün, okytabrın ilk həftə sonlarında, köhnə Tbilisidə hər il keçirilən “Tbilisoba” bayramına gedin” – yazır məqalənin müəllifi.

Məqalədə deyilir ki, 5 və 6 oktyabrda, Tbilisi küçələrində, açıq səma altında konsertlər, folklor rəqs performansları müxtəlif mədəni tədbirlər keçirilir və bayramın “ulduzu” isə, ölkənin bütün qüşələrindən gətirilən kulinariya şedevrləridir.

Qurman səyahətçilər üçün məqalədə xüsusi yer xinkaliyə, kəbaba, xaçapuri və pxaliyə verilir. Gürcü desetlərindən isə, Çurçxela göstərilir, hansını məqalənin müəllifinin dediyinə görə, festival boyu hər yerdə görə bilərsiniz.

Məqalənin müəllifi alkohol içkilərdən, şərab və çaçadan da bəhs edir və yazır ki, “Tbilisoba” festivalı başa çatana qədər, şərap küçələrdə pulsuz “axır”.