Laqodexidə,sərhəd- buraxılış məntəqəsində yük avtomobillərinin sürücüləri koronavirus ilə əlaqədar test olunurlar
Laqodexidə,sərhəd- buraxılış məntəqəsində yük avtomobillərinin sürücüləri koronavirus ilə əlaqədar test olunurlar

 

 

Yeni tənzimləməyə əsasən, Gürcüstan-Azərbaycan sərhəddinin Laqodexi buraxılış məntəqəsində beynəlxalq yükdaşımaların bütün sürücüləri  daxil olan kimi koronavirus ilə əlaqədar ,həm anticisim, həm də antigen üzrə sürətli testdən keçirlər.Bu barədə XNMM-nin Kaxeti Şöbəsinin rəhbəri,Neli Xizanişvili bildirib.

Onun izahatına görə,bəhsi gedən prosedura,cavabın verilməsi vaxtı da daxil olmaqla,təxminən yarım saat lazım gələcək.Mənfi nəticə halında ,sürücü yoluna davam edir.İstənilən testin müsbət nəticələnməsi halında, sürücü Hərarət Mərkəzinə qaldırılacaq.

Onun sözlərinə görə,nümunənin alınması və testin aparılması  ilə bağlı  Laqodexi gömrüyünün 4 əməkdaşı hazırlanıb.Onlar Laqodexi sərhəddinə daxil olan müvafiq kontingentin test edilməsinə artıq  başlayıblar.

Luqar laboratoriyasına   dünən göndərilmiş 87 nümunənin cavabına gəlincə isə,Xizanişvilinin verdiyi məlumata görə,onların heç birinin koronavirusa yoluxması təsdiqlənməyib.

 

Hazırladı-Sevinc Mustafayeva