Koronavirusla bağlı məhdudiyyətlərin ləğv olunması tələbi ilə Batumidə etiraz aksiyası keçirildi
Koronavirusla bağlı məhdudiyyətlərin ləğv olunması tələbi ilə Batumidə etiraz aksiyası keçirildi

Batumidə “Reforma” fitnes-klubunun əməkdaşları və istifadəçiləri pandemiyaya görə qoyulan məhdudiyyətlərin ləğv olunması tələbi ilə etiraz aksiyası keçirirlər.

Aksiya iştirakçıları tətbiq olunan məhdudiyyətləri qeyri-adekvat və qeyri-effektiv hesab edirlər.

“Biz tələb edirik ki, fevralın 1-dən, bütün məhdudiyyətlər aradan qaldırılsın və insanlara iqtisadi fəaliyyəti üçün imkan verilsin. Sadəcə mənim fitnes-klubum ilə məsələ həll olunmur, bütün bu mənasız və axmaq requlyasiyalar qaldırılmalıdır.

Bugünki aksiyanın məqsədi odur ki, bu requlyasiyaları mənasız hesab edən, ancaq səsini çıxartmayan ictimaiyyətə təkan və stimul verək ki, küçəyə çıxıb, öz fikirlərini yüksək səslə bəyan etsinlər. Belə yaşamaq artıq qeyri-mümkündür” – dedi fitnes-klubun sahibi Giorgi Putkaradze.

Aksiya iştirakçıları etiraz etməyə müxtəlif formalarda davam edəcəklərini bildirirlər.