Klaudia Rot - Gürcüstanın qarşısındaki qapının bağlanılmasını və asosiasiya razılaşması Gürcüstana yetərlidir deyilməsini istəmirəm
Klaudia Rot - Gürcüstanın qarşısındaki qapının bağlanılmasını və asosiasiya razılaşması Gürcüstana yetərlidir deyilməsini istəmirəm

Gürcüstan üçün ən əhəmiyyətli olan odur ki, o yalnız deyil, – bu barədə bəyanatı Batumidə jurnalistlərə Almaniya Bundestaqının vitse-spikeri Klaudia Rot verdi, hansı ki, Batumidə keçirilən beynəlxalq konfransda iştirak edir.

“Bu çox önəmli bir konfransdır, çünki bütün dünyada bugün vəziyyət ağırdır. Ona görə də, Gürcüstan üçün ən önəmli mesaj odur ki, o yalnız deyil. Mən dünən işğal xəttinin digər tərəfində qalan insanlarla görüşdüm və hiss etdim ki, Gürcüstana xüsusi dəstək lazımdır. Məncə, son illərdə biz çox sustuq və Gürcüstanı unutduq. Ukrayna haqqında danışırıq, ancaq onu da unutmanalıyıq ki, Gürcüstan ərazisinin 20 faizi işğal altındadır” – dedi Klaudia Rot.

Rotun dediyinə görə, Gürcüstanın Avropa İttifaqı ilə razılaşmanın tam implementasiyası Avropa İttifaqına doğru gedən yoldur.

Xatırladaq ki, Batumidə “Şərq Partnyorluğun” 10 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir.