Kiyevdə polis Oktyabr Sarayı yanında gözyaşardıcı qazdan istifadə etdi
Kiyevdə polis Oktyabr Sarayı yanında gözyaşardıcı qazdan istifadə etdi

Kiyevdə, Mixail Saakaşvilinin tərəfdarları ilə birlikdə olduğu Oktyabr Sarayı yanında polis gözyaşardıcı qazdan istifadə etdi, – bu barədə məlumatı Ukrayna mediyası yayır.

Ukrayna mediyasının yazdığına görə, sarayın içərisində ərazi tütüyə bürünüb. Qazın istifadəsindən sonra bir neçə hüquq mühafizəçisinin halı pis oldu və onlara tibbi yardım lazım gəldi.

Odessanın keçmiş qubernatoru, Mixail Saakaşvili saraya daxil olmağa çalışırlar.

Sarayın girişi Milli Qvardiya tərəfindən təcrid olunub. Milli Qvardiyanın nümayəndələri nümayişçilərə saraya daxil olmağa imkan vermirlər.

Mixail Saakaşvili Maydanda təşkil edilmiş aksiyada nitqlə çıxışı zamanı tərəfdarlarına Oktyabr Sarayına doğru getmələrinə doğru çağırdı.