Ketevan Tsixelaşvili və Nino Vibliani  ayırıcı xətt yaxınlığında yerləşən çoxuşaqlı  ailələri  Uşaqların Müdafiə Günü münasibətilə təbrik ediblər
Ketevan Tsixelaşvili və Nino Vibliani  ayırıcı xətt yaxınlığında yerləşən çoxuşaqlı  ailələri  Uşaqların Müdafiə Günü münasibətilə təbrik ediblər

 

 Uzlaşma və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri,Ketevan Tsixelaşvili   Sameqrelo-Zemo Svaneti qubernatorunun müavini, Nino Vibliani  və Zuqdidi meri ,Qiorqi Şenqelia  ilə birlikdə  Xurcha və Orsantia kəndlərində  sosial baxımdan həssas olan çoxuşaqlı ailələri ziyarət ediblər.

Nazir ailələri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək,  qida məhsulları və gigiyenik  vasitələrin  olduğu səbətlər verib.

Ümumilikdə bölgədə  qida  və gigiyenik vasitələrin olduğu  səbətlər Zuqdidi, Tsalenjixa və Mestia munisipalitetlərinin işğal xətti yaxınlığında yaşayan 272 çoxuşaqlı  ailəyə   veriləcək. Layihə Fransa səfirliyi və BMT-nin Uşaq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.  

 Hazırladı-Sevinc Mustafayeva