Karles Puçdemonu dəstəkləmək üçün Brüselə 200 Kataloniyalı mer gedir
Karles Puçdemonu dəstəkləmək üçün Brüselə 200 Kataloniyalı mer gedir
Brüselə Kataloniyadan bölgənin müstəqilliyini dəstəkləyən 200 mer gedəcək. Onlar Belçikaya Karles Puçdemonu dəstəkləmək üçün gedirlər.
Qərarı merlər cümə günü, İspaniya məhkəməsi tərəfindən Karles Puçdemonun həbs edilməsinin beynəlxalq orderini verəndən sonra qəbul etdilər.
Yayılan məlumata görə, Brüselə getmək arzusunu bundan da artıq insan bildirdi, lakin əlverişlı reyslər tapılmadı.
Eyni zamanda, Brüselə bu gün üzdəniraq müstəqilliyə qarşı çıxan Kataloniyalı biznesmenlər də gedirlər. Onlar Avropa parlamentinin üzvləri ilə görüçəcəklər. Birgə mətbuat konfransı da planla.dırılır