Kaxetidə kovid-infeksiyalıların sayı 32 oldu
Kaxetidə kovid-infeksiyalıların sayı 32 oldu

Kaxetidə kovid-infeksiyalıların sayı 32-yə çatdı, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin Kaxeti bölməsinin rəhbəri Neli Xizanişvili verdi.

Onun dediyinə görə, Laqodexi klasterinin kontaktlarında bir hal qeydə alındı, hansı ki, Acarıstana gediş ilə bağlıdır. Bir hal isə, Axmeta Munisipalitetinin Matani kəndindəki klasterlə bağlıdır.

Neli Xizanişvilinin dediyinə görə, Kaxetidə hazırda 131 nəfər öz təcriddədir.