Kaxa Kuçava - İrakli Kobaxidzeni hamı yüksək səviyyəli peşəkar kimi tanıyır, Avropa Şurası Parlament Assableyasının prezidenti də qeyd etdi ki, onun fəal iştirakına ümidi var
Kaxa Kuçava - İrakli Kobaxidzeni hamı yüksək səviyyəli peşəkar kimi tanıyır, Avropa Şurası Parlament Assableyasının prezidenti də qeyd etdi ki, onun fəal iştirakına ümidi var

Parlamentin vitse-spikeri, Kaxa Kuçavanın dəyərləndirməsinə görə, Avropa Şurası Parlament Assableyasının vitse-prezidenti vəzifəsinə İrakli Kobaxidzenin ikinci müddətlə seçilməsi imkandır ki, hakimiyyət Gürcüstan üçün aktual olan mövzuları beynəlxalq tribunadan səsləndirsin.

“İrakli Kobaxidzeni bir daha dəstəklədilər və onu ikincə dəfə Avropa Şurası Parlament Assableyasının vitse-prezidenti vəzifəsinə seçdilər. İrakli Kobaxidzeni hamı yüksək səviyyəli peşəkar kimi tanıyır. Dünən, bizim görüşümüz zamanı, Avropa Şurası Parlament Assableyasının prezidenti birmənalı olatraq qeyd etdi ki, İrakli Kobaxidzenin fəal iştirakına ümidi var. Assambleya tərəfindən nümayəndə heyətinə qarşı dəstək yüksəkdir. Sözsüz ki, bu bizim üçün daha bir imkandır ki, büro adından və ya istənilən başqa formatın istifadəsilə, Gürcüstan üçün aktual olan mövzuları beynəlxalq tribunadan səsləndirək və dəstək əldə edək”, – Kaxa Kuçava bəyan etdi.

Şərh yaz