Kaxa Kaladze - Tbilisi mütləq həyat dolu bir şəhər olacaq, hansında həm inşaat, həm ekologiya və nəqliyyat məsələləri həll olunacaq
Kaxa Kaladze - Tbilisi mütləq həyat dolu bir şəhər olacaq, hansında həm inşaat, həm ekologiya və nəqliyyat məsələləri həll olunacaq

“Bugün tarixi olaraq, əhəmiyyətli bir gündür, çünki bu gündən etibarən Tbilisinin yeni bir planı var. Bu əhəmiyyətli gün ilə bütün Tbilisililəri təbrik edirəm” – və bu şəhər inkişafının konstruksiyasıdır, – bu bəyanatı paytaxtın meri Kaxa Kaladze bugün keçirdiyi brifinqdə verdi.

Kaxa Kaladze qeyd etdi ki, bu plan paytaxtın düzgün və uzun müddətli inkişafını təmin edəcək.

“İllərdir yığılan səhvləri bir əl hərəkəti ilə həll edə bilmərik, ancaq bu plan Tbilisinin inkişafının başlamasının yeni bir yolu olacaq” – dedi Kaxa Kaladze.

Onun dediyinə görə, Tbilisi mütləq həyat dolu bir şəhər olacaq, hansında həm inşaat, həm ekologiya və nəqliyyat məsələləri həll olunacaq.

“Hamımız bu şəhərdə yaşayırıq və onun daha yaxşı olmasını istəyirik. Bunun üçün biz əlimizdən gələni edirik və etməyə davam edəcəyik ki, övladlarımız həyat dolu və gözəl şəhərdə yaşasınlar” – dedi Kaxa Kaladze.