Kaxa Kaladze - partiyalarla görüşlər keçirməyə və seçki sistemi barəsində müzakirə aparmağa hazırıq
Kaxa Kaladze - partiyalarla görüşlər keçirməyə və seçki sistemi barəsində müzakirə aparmağa hazırıq

Müxalif partiyalarla görüşlər keçirməyə və seçki sistemi barəsində müzakirə aparmağa hazırıq, – bu barədə paytaxtın meri, Kaxa Kaladze jurnalistlərə bəyan etdi.

Kaxa Kaladzenin qeyd etdiyinə görə, əgər razılıq baş verməsə, seçkilər mövcud olan konstitusiya çərçivəsində keçiriləcək.

“Dialoq önəmlidir. Həmçinin, seçki sistemi barəsində Parlament tərəfindən edilən bəyanatları alqışlayıram. Söhbət həmçinin faiz baryerindən gedirdi, bunların hamısı müzakirə olunasıdır və müzakirlərin hamısı danııqlar masası arxasında olmalıdır. Bir daha qeyd etmək istəyirəm, hakim komanda danışıqlara hazırdır. Əgər razılıq baş verməsə, seçkilər mövcud olan konstitusiya çərçivəsində keçiriləcək”, – Kaxa Kaladze bəyan etdi.