Kaxa Kaladze munisipal inspeksiyanı təqdim edəcək
Kaxa Kaladze munisipal inspeksiyanı təqdim edəcək

Tbilisi meri, Kaxa Kaladze munisipal inspeksiyanı təqdim edəcək.

Tbilisi Meriyası şəhər nəzarət xidmətinin adı sentyabrın 25-də paytaxtın sakrebulosunun qərarı ilə dəyişdirildi və munisipal inspeksiyası adı verildi. İnspeksiyanın nizamnaməsi də təsdiq olundu.

Adın dəyişdirilməsi ilə birlikdə, idarəyə müəyyən funksiyalar əlavə olundu, o cemlədən səs-küyün tənzimləməsi və tikintilərə nəzarət.

Paytaxtın munisipal inspeksiyasının təqdimatı Lisi gölü həndəvəri ərazisində saat 11:00-da keçiriləcək.