Kaxa Kaladze - Ambisiyam var ki, paytaxtımız ən gözəl və işıqlandırılmış olsun
Kaxa Kaladze - Ambisiyam var ki, paytaxtımız ən gözəl və işıqlandırılmış olsun

Paytaxtın meri Kaxa Kaladze, yeni il işıqlandırmasını alması ilə bağlı siyasi rəqiblərinin etdiyi bəyanatları absurd adlandırır.

Kaxa Kaladze bu gün brifinqdə bəyan etdi ki, paytaxtın meriyasının məqsədidir ki, Tbilisi həmişə dünyanın ən yaxşı paytaxtları arasında olsun və daha artıq iş görülsün ki, şəhər daha da gözəl işıqlandırılsın.

“Yeni il işıqlandırmanı da edəcəyik, nəqliyyatı da yeniləşdirəcəyik, infrastrukturu da səhmana salacağıq, qədim tbilisinin bərpasını da həyata keçirəcəyik və buna kimsə qarşı çəxa bilməyəcək. Ambisiyam var ki, paytaxtımız ən gözəl və işıqlandırılmış olsun. Buna görə, siyasi rəqiblərinin etdiyi absurd bəyanatlar mənim üçün qəbuledilməzdir”, – Kaxa Kaladze bəyan etdi.

Onun sözlərinə görə, yeni il işıqlandırmasını alması ilə bağlı İtaliya şirkəti ilə müqavilənin imzalanması düzgün qərar idi.

“Müqavilənin imzalandığı şirkət, dünyada aparıcı şirkətlərdən biridir. Keçən il, yeni ildə Londonu bu şirkət işıqlandırdı”, – Kaladze əlavə etdi.