"Kainat gözəli" tituluna Cənubi Afrikalı Demi Li Nel Piter sahib oldu
"Kainat gözəli" tituluna Cənubi Afrikalı Demi Li Nel Piter sahib oldu

Kainat gözəli titulunu 22 yaşlı, Cənubi Afrikalı Demi Li Nel Piter aldı.

Qalib gələn gözəl biznes menecmentini öyrənir və həmçini, qadınlara özünü qorumaq hərəkətlərini öyrədir. Gələcəkdə isə, o aktrisa karyerası üçün hazırlaşır.

“Miss Kainat” – bütün qorxularını yenə bilən bir qadındır və o digər qadınlara da qorxularını yenməyə yardım edə biləcək, – dedi Demi Li Nel Piter.

“Miss Kainat” müsabiqəsi Las Veqasda keçirildi.

Bu müsabiqə 1952-ci ildən keçirilir.

Cənubi Afrikalı gözəl bu müsabiqədə son dəfə 1979-cu ildə qalib gəlmişdi.