Əfqanıstanda gürcü hərbiçiləri üçün prezident seçkilərinin ikinci turu bu gün keçiriləcək
Əfqanıstanda gürcü hərbiçiləri üçün prezident seçkilərinin ikinci turu bu gün keçiriləcək

Əfqanıstanda olan gürcü hərbi xidmətçiləri üçün prezident seçkilərinin ikinci turu bu gün, noyabrın 26-da keçiriləcək. Müvafiq bülletenləri MSK nümayəndələri Gürcüstana seçkilər günü, noyabrın 28-də gətirəcəklər.

Bununla yanaşı, xaricin seçki məntəqələrində seçkilər günü – noyabrın 28-də səsvermə gecə saat 12-ə qədər davam edəcək.

Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək.

Prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Salome Zurabişvili və “Vahid Milli Hərəkatın” nümayəndəsi Qriqol Vaşadze iştirak edirlər.