İyulun 27-dən 9 avqust da daxil olmaqla, Gürcüstanda "Agile Spirit 2019" çoxmilli hərbi təlim keçiriləcək
İyulun 27-dən 9 avqust da daxil olmaqla, Gürcüstanda "Agile Spirit 2019" çoxmilli hərbi təlim keçiriləcək

İyulun 27-dən 9 avqust da daxil olmaqla, Gürcüstanda “Agile Spirit 2019” çoxmilli hərbi təlim keçiriləcək. Təlim Senakidə, II piyada briqadasının bazasında iyulun 27-də açılacaq.

“Agile Spirit 2019” təlimi Gürcüstanda artıq doqquzuncu dəfə keçirilir.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, bu ilki təlimin məqsədi iştirakçı ölkələrin opertiv imkanlarının təkmilləşdirilməsi və gücləndirilməsi, Qara Dəniz bölgəsində sabit və təhlükəsiz mühitin qorunub saxlanılmasıdır.

Bu ilki təlim üç yerdə – Senakidə, Orfolo və Vaziani poliqonunda keçiriləcək. Burada NATO-nun üzv və partnyor ölkəsinin 3000-dən artıq hərbi xidmətçisi iştirak edəcək. Bu il təlimə 14 ölkə qatılıbdır: Gürcüstan, ABŞ, Böyük Britaniya, Latviya, Litva, Polşa, Norveç, Belçika, Bolqarıstan, Yunanıstan, Monteneqro, Rumıniya, Türkiyə və Ukrayna.

Təlimlər barəsində bu gün Gürcüstan Müdafiə naziri təqdimatda söhbət etdi.