İşğalçı rejim Axalqori istiqamətinə doğru qeyri-qanuni məhdudiyyətlər yerləşdirdi
İşğalçı rejim Axalqori istiqamətinə doğru qeyri-qanuni məhdudiyyətlər yerləşdirdi

Odzisi-Mosabruni keçid məntəqəsində, işğal edilmiş Axalqori istiqamətinə doğru, işğalçı rejim əlavə məhdudiyyətlər qoydu.

Bu haqda məlumatı Gürcüstanın Birinci Kanalına Dövlət Təhlükəsizliyi Xidmətindən verdilər.

DTX-da bəyan edirlər ki, qeyd olunan qeyri-qanuni qərar ilə, azad hərəkət etmə hüquqları pozulur və bu da işğal xəttində yaşayan insanların onsuzda ağır yaşam şəraitlərini daha da ağırlaşdırır.

“Qeyd olunan vəziyyətlə bağlı, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qaynar xətt işə salınıb və həmçinin, Avropa İttifaqının müşahidəçi missiyasına və Beynəlxalq Cenevrə danışıqlarının həmsədrlərinə məlumat çatdırılıb” – bəyan edirlər DTX-da.

İşğalçı rejim işğal altında olan Axalqoridən gəlmək üçün keçid məntəqəsini müvəqqəti olaraq, 10 günlüyünə yenə bağlayıb.