İşğal altında olan Axalqorinin Axmaci kəndində okupasiya qüvvələri iki vətəndaşı həbs etdilər
İşğal altında olan Axalqorinin Axmaci kəndində okupasiya qüvvələri iki vətəndaşı həbs etdilər

“Sərhəd rejiminin pozulmasına” görə, işğal altında olan Axalqorinin Axmaci kəndində okupasiya qüvvələri iki vətəndaşı həbs etdilər.

Bu barədə məlumatı Dövlət Təhlükəsizlik xidməti də təsdiqlədi.

İşğal altında olan regionun medyası yayır ki, oktyabrın 29-da işğal altında olan Axmaci kəndində qondarma sərhəd rejimini pozmaq suçu ilə, iki nəfər həbs edilib. Həbs edilən şəxslər Kaspi rayonunun Okami kəndinin sakinləri 43 yaşlı Coni Tataraşvili və 20 yaşlı Giorgi Şukakidzedir.

Həmin medyanın məlumatına görə, işğal altında olan Sxinvali regionunun sərhəd rejiminin pozulması, qanun pozuntusu hesab edilir və məsuliyyətə cəlb edilməyi nəzərdə tutur.