İrina Qaprindaşvili - Vaja ifadəsini dəyişmir, sözdə sərhədləri tanımır və Sxinvali həbsxanasında qalır
İrina Qaprindaşvili - Vaja ifadəsini dəyişmir, sözdə sərhədləri tanımır və Sxinvali həbsxanasında qalır

“Yerli və beynəlxalq qurumların bu məsələyə qoşulmasına və bir çox vədlərə rəğmən, bizim üçün müsbət qərar verilmədi”, – bu barədə bəyanatı Vaja Qaprindaşvilinin qızı İrina Qaprindaşvili Facebook səhifəsindən yayır.

“35-cü gün! Çox təəsüf ki, yerli və beynəlxalq qurumların bu məsələyə qoşulmasına və bir çox vədlərin verilməsinə rəğmən, bizim üçün müsbət qərar verlmədi. Məhkəmə prosesi bir həftəlik təxirə salındı. Təxirə salınmanın səbəbi isə, odur ki, Vaja ifadəsini dəyişmir, sözdə sərhədləri tanımır və Sxinvali həbsxanasında qalmağa davam edir! Bizə dəstək verən hərkəsə təşəkkür edirik” – yazır İrina Qaprindaşvili.

Həkim Vaja Qaprindaşvilinin məhkəmə prosesi Sxinvalidə bu gün keçirildi və qondarma rejim onu həbsdə saxladı.