İranda son 24 saat ərzində koronavirusdan 85 nəfər öldü
İranda son 24 saat ərzində koronavirusdan 85 nəfər öldü

İranda yeni tipli koronavirus “COVİD-19”-dan  son 24 saat ərzində 85 nəfər həyatını itirdi.

İran iqtidarının məlumatına görə, ölkədə virusdan ölənlərin tam sayı 514-dür.

Son 24 saat ərzində qeydə alınan halların sayı isə, 1 289-dur.

İran iqtidarı onu da deyir ki, 3 529 nəfər müalicədən sonra sağlamlaşdı.

Çin, İtaliya və Cənubi Koreya ilə bərabər İran koronavirusdan ən böyük zərər görən ölkə oldu.