İran hökuməti Teleqrama qadağanı tamamilə ləğv etdi
İran hökuməti Teleqrama qadağanı tamamilə ləğv etdi

İranda Teleqram mobil tədbiqinin istifadəsinə qoyulmuş qadağa ləğv edildi.

Müvafiq qərar şənbə günü axşam saatlarında qüvvəyə minib.

Artıq populyar proqramdan ölkə ərazisində bütün istifadəçilər yararlana bilər.

Xatırladaq ki, İran rəsmiləri Teleqram-ı bu yaxınlarda ölkədə baş verən ixtişaşlarla əlaqədar bloklaşdırmışdı.

İranda Teleqram-ın 40 milyona yaxın istifadəçisi olduğu bildirilir.