Irakli Kobaxidze - Şamba praktiki olaraq, bizim on illər ərzində dediyimizi təsdiqlədi
Irakli Kobaxidze - Şamba praktiki olaraq, bizim on illər ərzində dediyimizi təsdiqlədi

Parlamentin sədri İrakli Kobaxidze hesab edir ki, işğal altında olan Abxaziyanın sabiq de-fakto baş naziri Serqey Şamba öz son bəyanatında faktiki olaraq, bizim on illərdir dediyimizi təsdiqlədi.

İrakli Kobaxidze abxaz xalqının müstəqillik keyfiyyəti haqqında danışdı.

“Çox maraqlı cümlələr dinlədik. Şamba əslində, faktiki olaraq, bizim on illərdir dediyimiz təsdiqlədi. Siz bilirsiniz Abxaziyada bugün müstəqillik keyfiyyəti nə dərəcədədir və müvafiq olaraq, Şambanın sözləri çox maraqlıdır və diqqətə layiqdir” – dedi parlamentin sədri.

Parlamentin sədri deyir ki, Gürcüstanın mərkəzi iqtidarı işğal edilmiş ərazilərə sülh addımları ilə yanaşır.

“Biz əsas diqqəti gürcü və abxazlar arasındaki etibarın yüksəldilməsinə yönəldmişik. AncaqRusiya Federasiyası tərəfindən yaradılan sünii baryerlər bu prosesə mane olur” – dedi İrakli Kobaxidze.

Xatırladaq ki, işğal altında olan Abxaziyanın sabiq de-fakto baş naziri Sergey Şamba, müxalifət birləşməsi blokunda bəyan etdi ki, Abxaziya iqtidarında olan məsuliyyətsiz insanlar ölkədə siyasi və iqtisadi krizisin yaradılmasına səbəb oldular və belə davam etsə, Abxaziya Gürcüstana və yaxud Rusiyaya onların tərkibinə qarışmaq üçün yalvarmalı olacaq.