İrakli Kobaxidze - marixuananın becərilməsi ilə bağlı dəyişikliklərin müzakirəsinə tələsmirik, bu mövzu barəsində Patriarxlıq ilə məsləhətləşmələr aparılacaq
İrakli Kobaxidze - marixuananın becərilməsi ilə bağlı dəyişikliklərin müzakirəsinə tələsmirik, bu mövzu barəsində Patriarxlıq ilə məsləhətləşmələr aparılacaq

Marixuana ilə bağlı hökumət tərəfindən hazırlanmış qanunvericilik zərfi iki hissəyə bölünəcək, – bu barədə jurnalistlərə Parlamentin sədri İrakli Kobaxidze bəyan etdi.

Onun açıqlamasına görə, qanunvericilik zərfinin bir hissəsinin müzakirəsi ayrıca baş verəcək ki, bu da Gürcüstanda marixuananın istifadəsi ilə bağlı qanunvericilik tənzimləmələrini tədbiq edir.

Kobaxidzenin dediyinə görə, ikinci hissəsində marixuananın istehsalı-becərilməsi ilə bağlı qanunvericilik dəyişiklikləri müzakirə olunacaq.

Kobaxidze bəyan edir ki, qanunvericilik zərfinin iki hissəyə bölünməsi səbəbi ictimaiyyətdə mövcud olan əhval-ruhiyyədir.

“Parlamentə qanunlayihənin iki zərfi daxil olub – Gürcüstanda marixuananın istifadəsi və istehsalı barəsində.

Çox önəmlidir ki, ictimaiyyətdə mövcud olan əhval-ruhiyyəyə uyğun olaraq hərəkət edək.

Qərar verdik ki, məsləni iki hissəyə bölək. Dəyişikliklərin müzakirəsi gələn sessiya hətəsindən başlayacaq. Marixuananın becərilməsi ilə bağlı dəyişikliklərin müzakirəsinə tələsmirik, bu mövzu barəsində Patriarxlıq ilə məsləhətləşmələr aparılacaq”, – İrakli Kobaxidze bəyan etdi.