İrakli Kobaxidze - Əgər marixuananın kultivasiyası ictimaiyyətə zərər verməyəcəksə və ölkə iqdisadiyyatı üçün sərfəli olacaqsa, ondan niyə imtina etməliyik ki
İrakli Kobaxidze - Əgər marixuananın kultivasiyası ictimaiyyətə zərər verməyəcəksə və ölkə iqdisadiyyatı üçün sərfəli olacaqsa, ondan niyə imtina etməliyik ki

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bəyan edir ki, qanunverici orqanda marixuananın kultivasiya məsələsi haqqında müzakirəsi ləğv olunmayıb.

Kobaxidzenin jurnalistlərə dediyinə görə, məsələnin müzakirəsi mütləq davam edəcək.

“Bizim üçün əsas odur ki, ictimaiyyətə qanunlayihənin nəyi nəzərdə tutduğunu düz başa salaq, çünki ictimaiyyətdə yanlış məlumat var ki, güya narkotiklərin istehsalı nəzərdə tutulur. Bu məsələ haqqında bilavasitə patriarxla da görüşdük” – dedi Kobaxidze.

Gürcüstan parlamentinin sədrinin dediyinə görə, dəqiq iqtisadi hesablamarla aşkar olundu ki, marixuananın kultivasiyası ölkə iqtisadiyyatına böyük gəlir gətirəcək.

“Əgər marixuananın kultivasiyası ictimaiyyətə zərər verməyəcəksə, və ölkə iqdisadiyyatı üçün sərfəli olacaqsa, ondan niyə imtina etməliyik ki” – dedi parlamentin sədri.